"Futbolçularımı təbrik edirəm. Həqiqətən istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik".
Sportnet.az xəbər verir, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXII turunda "Sumqayıt"ı səfərdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis hər oyunun ağır olduğunu dəfələrlə bildirdiyini deyib: "Belə oyunlar isə il ərzində az sayda olur. Futbolçularımız çempion olmağa istəklidirlər. Amma idmanda hər şey istədiyin kimi olmur. İşimiz növbəti matçlara hazırlaşmaqdır".
Qurbanov komandanın ölkə kubokunda da mübarizəni davam etdirdiyini və hər iki turnirin vacib olduğunu söyləyib: "Çempionluq üçün kuboku əldən vermək düşüncəsi heç vaxt olmayıb. İkisini də qazanmaq şansımız varsa niyə yararlanmayaq"?