
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu zədəsini tam sağaldıb.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Hollandiyada "Ayaks"la keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iştirak etməyə hazırdır. Portuqaliyalı oyunçu hazırda yaxşı vəziyyətdədir və bərpa dövrünü başa vurub.
Bildirilir ki, ulduz futbolçu A Seriyasının XXXI turunda "Milan"la ev oyununa çıxmağa hazırdır, lakin bu, baş verməyəcək. Klub həmin görüşdə Ronaldunun meydanda olmamasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində Serbiya ilə 1:1 hesablı heç-heçə etdikləri AVR0-2020-nin seçmə oyununda zədələnib. Aprelin 10-da keçiriləcək "Ayaks" - "Yuventus" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.