1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Futbolçunu kökləməliyəm"
"Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı oynadı və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. Çünki çox ağır oyun keçirdilər. Bundan sonrakı matçlarımız daha ağır keçəcək".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis futbolçusu Riçard Almeydanın zəif təsir bağışlaması fikrinə belə reaksiya verib: "Rəqib futbolçular b əlkə də bu gün Almeydaya qarşı daha diqqətli oynayırdılar və nəticədə o, səhvlərə yol verirdi. Araz Abdullayev təcrübə və sürətindən düzgün yararlandı. Onun irəliyə açılması lazım idi və şansından yararlana bildi. 6:0 hesablı qələbədən sonra komandanın kökləməkdə çətinlikləri ola bilər. Amma biz hər gün bunu futbolçuların nəzərinə çatdırırdıq ki, diqqətli olsunlar".
Qurbanov Mahir Mədətov barədə yazılara reaksiya vermədiyini də vurğulayıb: "Çünki mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın".