Məhşur
italiyalı mütəxəssis məşqçilik karyerasını başa vurdu. Sportnet.az-ın
məlumatına görə, Marçello Lippi bundan sonra idarə heyətində işinə davam etməyi
qərara alıb.
Təcrübəli
məşqçi Çinin "Quançjou Everqrand” klubu ilə 3-cü çempionluğunu qazandıqdan
sonra bu barədə bildirib. 66 yaşlı mütəxəssis klubda qalaraq texniki
direktorluq işinə davam edəcək.
Qeyd edək ki, Lippi karyerası ərzində "Sampdoriya”, "Atalanta”, "Çezena”, "Napoli”, "Yuventus”, "İnter” və İtaliya millisini çalışdırıb.