“Qarabağ”dan ayrılan İslandiya yığmasının qapıçısı Hannes Halldorsson karyerasını “Valür”də davam etdirəcək.
Sportnet.az xəbər verir ki, Reykyavik təmsilçisi 34 yaşlı futbolçunun transferini “twitter” səhifəsi vasitəsilə açıqlayıb. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Halldorsson "Valür"də çıxış etməklə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandalarına məşqçilik edəcək.
Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış Ağdam təsmilçisi ilə yollarını ayırıb. "Valür" ötən mövsüm 22-ci dəfə İslandiya çempionu olub.
Hannes Þór Halldórsson landsliðsmarkvörður í Val
— ValurFotbolti (@Valurfotbolti) 9 апреля 2019 г.
Hannes Þór Halldórsson landsliðmarkvörður Íslands gengur til liðs við Íslandsmeistara Vals. #valurfotbolti #fotboltinet #ksi #pepsideildin #pepsimaxdeildin #origo #ruvithrottir #stod2sport https://t.co/AVH2pVdKdg pic.twitter.com/vBUn3kWnh8