İrlandiyanın "Kliftonvill" klubunun futbolçusu Cey Donnelli 3 aylıq həbs cəzasına məhkum edilib.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, səbəb Donnellinin 16 yaşlı qızla cinsi əlaqədə olduğu vaxt fotonu çəkərək yaymasıdır. İntim yaxınlıq zamanı onun futbolkasında "Kliftonvill" və kürəyində Donnellinin nömrəsi olub. Sonradan futbolçu bu hərəkəti ilə öyünərək, fotonu dostları və komanda yoldaşları ilə paylaşıb. Nəticədə şəkil sosial şəbəkədə yayılıb.
Əvvəlcə Donnelliyə 4 aylıq cəza verilib. Lakin futbolçu məhkəmə qərarından apellyasiya verib və cəzasını 3 aya endirib.