"Çelsi”
klubunun baş məşqçisi Joze Maurinyoya azarkeşlərdən cavab gəlib. Sportnet.az-ın
məlumatına görə, klubun əsas fanat qruplarında biri olan "Chelsea Supporters
Trus” baş məşqçinin tənqidinə cavab verib.
Qrup
fikirlərini belə bildirib: "Baş məşqçinin tənqidləri ədalətsizdir. Azarkeşlər
meydanda bahalı futbolçuları görmək üçün bilətə pul verirlər. Komanda heç də
yaxşı oyun göstərmədi. Yəqin ki, Maurinyo bu yolla diqqəti başqa yönə
yayındırmaq istəyir”.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis "KPR” (2:1) ilə oyundan sonra fanatların komandaya lazımi dəstəyini göstərməməsindən şikayətlənib.