Braziliya millisi və "İnter"in
sabiq futbolçusu Adriano yenidən futbola qayıdır. Sportnet.az-ın məlumatına
görə, braziliyalı karyerasını Fransada davam etdirə bilər.
Fransa 2-ci liqasında çıxış edən
"Havr" klubunun prezidenti Kristof Melol Adrianonu şəhərə dəvət edib.
32 yaşlı oyunçu həmçinin "Havr"ın "Arl-Avinion"la oynadığı
matçı stadiondan birbaşa izləyib. Tezliklə Adrianonun sözügedən klubla müqavilə
imzalayacağı gözlənilir.
Qeyd edək ki, vaxtilə "İnter” və "Roma”da forma geyən Adrianonun son klubu ölkəsində "Atletiko Paranaense" olmuşdu.