"Liverpul”
klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Adam Lallan meymunların
hücumuna məruz qalıb. Sportnet.az-ın məlumatına görə, bu barədə İngiltərə
mətbuatına futbolçunun özü danışıb.
Lallan oğlu ilə birlikdə Liverpul şəhəri yaxınlığında yerləşən "Nousli Safari Park” ərazisində gəzişərkən avtomobillərinə meymunların hücum etdiyini bildirib: "Mən övladımla "Nousli Safari Park”a getmişdim. Orada meymunlar bizə hücum etdi. Geri qayıdanda artıq avtomobilim əzilmişdi. Çətin ki, birdə ora gedəm”.