Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayevin bu gün 25 yaşı tamam olur.
Sportnet.az yubileyi münasibətilə Balayevin klubun "facebook" səhifəsi üçün açıqlamalarını təqdim edir...
Uşaqlığı barədə
- Biz hər zaman uşaqlarla həyətdə gec saatlaradək oynayırdıq. Bilirdim ki, məni evdə buna görə cəza gözləyir. Amma evə tez getmirdim. Futbola sevgimi görən babam məni bu bölməyə yazdırdı. Onun özü də futbolu sevirdi və "Neftçi" azarkeşi idi.
Pul barədə
- Pul həlledici amil deyil. Karyeramda bir neçə dəfə böyük məbləğdə puldan imtina etdiyim hallar olub. Bunları öz inkişafım və irəli getməyim üçün etmişəm.
Qazaxıstandakı ilk matçı barədə
- Xatırlayıram ki, oyundan öncə qapımı toxunulmaz saxlamağımı istəyirdim. Çünki bu, Qazaxıstan çempionatında debüt matçım idi. Final fitindən sonra debütümün istədiyim kimi alınmasına çox şad idim.
İnancları barədə
- Talismanım yoxdur. Amma Allahdan həmişə xahiş edirəm ki, mənə hər şeydə kömək etsin. Çünki məhz onun köməyi ilə hər şeyə nail olduğumu hesab edirəm.
Həyatının əsas qaydası haqqında
- Məhəmməd peyğəmbər deyib ki, insanlara özünün arzuladıqlarını və onların sənə etdiklərini et. Özünə arzulamadığını başqalarına qarşı etmə. Bu qaydaya əməl etməyə çalışıram.
Karyerası barədə
- Sevinirəm və Allaha minnətdaram ki, nail olduqlarım hər şeydə mənə kömək edib. Daha çoxuna nail olmağa çalışıram. Ona görə ki, bir neçə ildən sonra geri qayıdaraq karyeramı xatırladıqda yadıma yalnız yaxşı xatirələr düşsün.