
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov “Proyssen” klubunun heyətində Almaniya III liqasında XXXIV tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Dadaşov "Zonnenhof Qrossaşpax"a qarşı forma geyinib.
O, start heyətdə yer alıb və 90-cı dəqiqədə əvəzlənib. Görüş Dadaşovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Proyssen" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.