
"Yuventus" klubunun futbolçuları ardıcıl 8-ci dəfə İtaliya çempionu olduqdan sonra baş məşqçi Massimiliano Alleqrini tribunanın altındakı kiçik hovuzda çimizdiriblər.
Sportnet.az-ın məlumatına görə, oyunçular təcrübəli mütəxəssisi qucaqlarına alaraq hovuza atıblar.
Qeyd edək ki, Alleqri Avropanın 5 ən güclü çempionatlarında bir komanda ilə dalbadal 5 çempionluq qazanan ikinci baş məşqçidir. Daha əvvəl belə nailiyyətə İspaniya "Real Madrid"ində 1961 - 1965-ci illərdə Migel Munyos imza atıb.
Un tuffo, Mister?#W8NDERFUL pic.twitter.com/4zLQQxfOu6
— JuventusFC (@juventusfc) 20 апреля 2019 г.