
Çili
futbol federasiyası DÇ-2030-un öz ölkəsində keçirilməsi üçün qarşısına vəzifə
qoyub. Sportnet.az-ın məlumatına görə, bunu federasiya prezidenti Serxio Xadu seçki
ərəfəsində çıxışında bildirib.
Onun
sözlərinə görə, Çili futbol federasiyası bu mötəbər yarışı qəbul etməyə
hazırdır. Həmçinin DÇ-2030-un Uruqvay ilə birgə təşkili də istisna olunmur.
Aydındır
ki, Uruqvay bu yarışı keçirmək üçün hazırdı və onların qələbəsi yüksək
qiymətləndirilir. Çünki 2030-cu il mundialın ilk keçirildiyi ildən bu yana 100
illiyi tamam olacaq.
Qeyd edək ki, Çili artıq bir dəfə - 1962-ci ildə mundialı qəbul edib.