Avropa
Liqasında "Qarabağ”la eyni qrupda mübarizə aparan İtaliyanın "İnter” klubunun
sabiq hücumçusu Adriano həbs oluna bilər. Sportnet.az-ın məlumatına görə,
braziliyalı qanunsuz narkotika ticarətində təqsirləndirilir.
Əgər
Braziliya millisinin sabiq forvardı günahını boynuna alarsa, onu 25 il
müddətinə azadlıqdan məhrum edilə bilər. Prokurorluq Adrianonu məhşur narkotika
ticarətçisi üçün motosiklet alıb hədiyyə etdikdən sonra onun cinayət məqsədləri
üçün istifadə edilməsində günahlandırır. Adriano hələlik həbs olunmasa da ondan
passportunun təslim edilməsi xahiş olunub.
Qeyd edək ki, daha əvvəl futbolçunun Fransanın "Havr” klubuna keçidi üçün rəhbərliklə görüşdüyü bildirilirdi.