Frasanın "Lans"
futbol klubunun prezidenti Jerve Martel klubdakı son durumla bağlı
yazılı açıqlama verib. Martel əsas səhmdar Hafiz Məmmədovun oktyabrın
sonunadək ödəməli olduğu 4 milyon avro öhdəliyinin hələ də yerinə yetirilməməsi
ilə bağlı Bakıda səfərdə olduğunu bildirib.
O, "Bank of
Azerbaijan"dan öz öhdəliyini təsdiqləyən bütün təminatları
aldığını və ödənişin yaxın 15 gün ərzində həyata keçiriləcəyini
vurğulayıb. Klub prezidenti, həmçinin gələn ilin yanvarınadək 14 milyon avronun
da ödəniləcəyinə təminat verildiyini açıqlayıb. Martel
"Lans"dakı situasiyaya çox diqqətlə yanaşan Azərbaycan tərəfinə də
minnətdarlığını bildirib. O, "Bordo" komandası ilə noyabrın 8-də
keçirəcəkləri Fransa çempionatının 13-cü tur matçından sonra Samuel Atru,
Benjamin Bulenj və Landri NQuemo ilə müqavilələrinin
təsdiqlənəcəyini vurğulayıb.
Qeyd edək ki, "Lans"ın Fransa
yüksək liqasındakı iştirak qarşılığında üzvlük haqqı ödənişinin tam həyata
keçirilməməsi səbəbindən klubun yeni transferlər etməsinə qadağa qoyulub. (Report.az)
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |