Avro-2016-nın seçmə mərhələsi
çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena”da Norveç yığması
ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda
təlim-məşq toplanışı keçirilir. Sportnet.az-ın məlumatına görə, toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürov
hazırlığa nəzərdə tutulandan daha tez qoşulacaq.
Belə ki, Şükürovun milliyə əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də,
futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, "Qarabağ” klubunun oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.