"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki
rəqibi "İnter” yarımmüdafiəçisi Yann Mvilanı cərimələyib. Sportnet.az-ın məlumatına
görə, buna səbəb futbolçunun məşqi buraxmasıdı.
24
yaşlı futbolçu məşqi buraxmasının səbəbini hava limanı ilə əlaqələndirib. O
bildirib ki, Paris aviareysi gecikdiyindən o da vaxtında gələ bilməyib.
Cərimənin
məbləği barədə məlumat verilmir.
Qeyd edək ki, zədəli olan futbolçu diz zədəsinin bərpası üçün fərdi şəkildə məşq edir.