"Trabzonspor"da baş məşqçi Vahid
Halilodziçə qarşı etirazlar pik nöqtəyə çatıb. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə
"Lokeren"lə bərabərə qalan "bordo-mavilər"in rəhbərliyi
bosniya və herseqovinalı mütəxəssislə yolları ayırmağa hazırlaşır.
Belçika səfərində Oskar Kardozonu ehtiyatda
saxlayan və hakim tərəfindən tribunaya göndərilən Halilodziç klub rəhbərliyinin
səbr kasasını daşırıb. Bu səbəbdən artıq təcrübəli çalışdırıcının yerinə
namizəd axtarılır.
Türkiyə mətbuatının iddiasına görə, rəhbərlik
ötən mövsüm "Fənərbaxça"nı çempion edən Ərsun Yanalı 2 milyon avroya
razı salıb. Halilodziçin istefasından dərhal sonra Yanalla müqavilə imzalanacaq.
Lakin klub prezidenti İbrahim Hacıosmanoğlu bu gün verdiyi açıqlamada bu xəbəri təkzib edib. O, oyunçularından da baş məşqçi ətrafında söz-söhbətə son qoymağı tələb edib.