"Barselona”nın
kapitanı Xavi Hernandesin meneceri İvan Korretxa futbolçunun gələcək karyerası
haqda danışıb. Sportnet.az-ın məlumatına görə, o, xavbekin
Yaponiyanın "Tokio" klubuna keçəcəyi barədə çıxan iddialara münasibət bildirib.
Korretxa iddiaları təkzib edib: "Bunlar söz-söhbətlərdi. "Tokio" tərəfinin hər
hansısa istəyi olmayıb. Ancaq MLS klublarından təkliflər var".
Xavinin "Barselona” ilə müqavilə
müddəti bu yay başa çatacaq.
Qeyd edək ki, daha öncə "Tokio"nun 34 yaşlı futbolçuya illik 7 milyon avro ödəyəcəyi yönündə xəbərlər yayılmışdı.