"Neftçi"dən ayrılan futbolçu Ruslan Abışovun "Səbail"ə keçəcəyinə dair xəbərlər həqiqətən uyğun deyil.
Bu barədə Sportnet.az-a "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı müdafiəçi klubun transfer gündəmində deyil: "Onunla heç bir söhbətimiz olmayıb".
Hacıyev hazırda legioner transferi üzərində çalışdıqlarını da diqqətə çatdırıb. Bütün mövqelərə əcnəbi oyunçu axtardıqlarını deyən baş məşqçi qapıçı da almaq istədiklərini söyləyib. O, səbəb kimi Aleksandr Rıbkanın zədəli olmasını göstərib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasını bürünc medalla başa vuran "Səbail" Avropa Liqasında mübarizə aparacaq.