“Sabah”ın yay hazırlıq planında dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, paytaxt təmsilçisi növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.