Futbol üzrə Türkiyə PTT I Liqasında
9-cu turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolçu
Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən
komanda doğma meydanda "Adanaspor"u qəbul edib. Rail hesab 1:1
olarkən, 30-cu dəqiqədə meydana çıxıb. 52-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq,
"xoruzlar" uzatma dəqiqələrində qələbə topunu vura biliblər.. Qarşılaşma 2:1 hesabıyla meydan sahiblərinin
xeyrinə başa çatıb.
Qeyd edək ki, "Dənizlispor" 9 oyundan sonra 11 xalla 12-ci yerdə qərarlaşıb.