"Mançester Yunayted"in sabiq
çalışdırıcısı Devid Moyes məşqçilik fəaliyyətini bərpa edə bilər.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Real Sosyedad” klubu Moyesi
müqavilə bağlamağa razı salıb.
Şotlandiyalı mütəxəssislə 2017-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir. Moyesin yeni klubunda ilinə 2 milyon avro qazanacağı bildirilir. Onun noyabrın 22-də, səfərdə "Deportiva”ya qarşı oyunda debüt edəcəyi qeyd olunur.
"Everton” və "Mançester Yunayted”
klublarının sabiq baş məşqçisinin yeni komandasında əsas vəzifəsi komandanı düşmə
zonasından çıxarmaq olacaq.
Qeyd
edək ki, şotlandiyalı mütəxəssis klub tarixinin ən
yüksək ödənişli baş məşqçisi olacaq.