Braziliyada keçirilən Amerika Kubokunun daha bir finalçısı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Braziliyanın ardınca Peru da finala vəsiqə qazanıb. Yarımfinalda Çili ilə qarşılaşmada qolları 21-ci dəqiqədə Edison Flores, 38-ci dəqiqədə Yoşimar Yotun, 90+1-ci dəqiqədə isə Paolo Gerrero vurub. Nəticədə Peru 3:0 hesabı ilə qaıib gəlib.
Beləliklə, iyulun 7-də baş tutacaq finalda Braziliya və Peru yığmaları üz-üzə gələcək. Bir gün öncə keçiriləcək bürünc medal uğrunda görüşdə isə Argentina Çilini sınağa çəkəcək.