
"Arsenal" klubunun baş məşqçisi Arsen
Venger bu mövsüm İngiltərə Premyer Liqasının favoritini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, fransız mütəxəssis çempionluq yolunda "Çelsi"nin
rəqibi olmadığını bildirib.
Venger
lider haqda belə deyib: "Çelsi" bu mövsüm 100 xal qazanacaq.Artıq deyə bilərik ki,
"Çelsi"ni heç kəs saxlaya bilməyəcək. Bu mövsüm Premyer Liqada
"zadəganlar"la rəqabət apara biləcək komanda görmürəm".
Qeyd edək ki, "Çelsi" klubu Premyer Liqada geridə qalan 11 turdan sonra 29 xalla turnir cədvəlinə başçılıq edir.