Keşlə” klubu əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla bağlı qərarını açıqlayıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb. Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər.
Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.
Qeyd edək ki, T.Əhmədov ötən ilin oktyabrında “Keşlə”nin baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqanın son mövsümünü axırıncı pillədə başa vurub.