"Sumqayıt" və "Keşlə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 14-cü dəqiqədə qonaq komandanın yeni transferi Ruslan Qurbanov penalti ilə açıb. Bundan 4 dəqiqə sonra Amil Yunanov bərabərlik, 84-cü dəqiqədə Rüfət Abdullazadə qələbə topunu vurub.