"Qarabağ" komandası Avstriyada son məşqinə çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, son hazırlıq ötən gün yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, "Qarabağ" bu gün "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.