2015-ci
ilin mart ayında Kolumbiya və Ukrayna milliləri arasında yoldaşlıq görüşü
keçirilməsi planlaşdırılır. Sportnet.az-ın məlumatına görə, tərəflər artıq
danışıqlara başlasalar da hələlik pul məsələsində razılığa gələ bilməyiblər.
Ukrayna tərəfinin bildirdiyinə görə, rəqib yoldaşlıq matçına gəlmək
üçün onlardan 450 min avro tələb edib. Lakin bu məbləğin çox olduğu və onun
aşağı endirilməsi üçün danışıqların davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Ukrayna tərəfi 18 noyabr tarixində Litva ilə oynanacaq matç üçün rəqibə 150 min avro ödəyib.