"Everton”
və "Mançester Yunayted” klublarının keçmiş baş məşqçisi Devid Moyes "Real
Sosyedad”ın baş məşqçisi oldu. Sportnet.az-ın məlumatına görə, şotlandiyalı ilə
2 illik müqavilə bağlanılıb.
Bir
müddət öncə "Real Sosyedad” komandasının həddindən artıq maliyyə tələbinə görə Moyesin
xidmətindən imtina etdiyi bildirilirdi.
Qeyd edək ki, İspaniya La Liqasının XI turundan sonra "ağ-mavilər” 9 xalla 15-ci pillədə qərarlaşıblar.