
“Sabah” FK heyətini iki yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi gənc futbolçular Anar Panayev və Abbas Ağazadə ilə anlaşıb.
Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Panayev də yarımmüdafiəçidir. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.
Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.