"Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunları "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın "Sperantsa" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.
O, "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: "Dünən Moldovada "Saburtalo"ya 0:3 hesabı ilə uduzan "Şerif" səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu haqda danışmaq istəmirəm. Hər şey göz qabağında idi".
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlanacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.