Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi II raundda “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyun 6-7 avqustda səfərdə, cavab qarşılaşması isə 13 avqustda Bakıda olacaq.
“Qarabağ” “Dandolk”u üstələyə bilməyəcəyi təqdirdə isə Avropa Liqasının III təsnifat mərhələsində "Slovan Bratislava" (Slovakiya) - "Feronikeli" (Kosovo) cütünün qalibi ilə görüşəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).
Çempionlar yolu
“Makkabi” (Tel-Əviv, İsrail) / "CFR Kluj" (Rumıniya) - “Seltik” (Şotlandiya) / “Nomme Kalyu” (Estoniya)
APOEL (Nikosiya, Kipr) / “Sutyeska” (Monteneqro) - “Dandolk” (İrlandiya) / “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan) - “Ferensvaroş” (Macarıstan) / “Valetta” (Malta)
“Srvena Zvezda” (Serbiya) / HİK (Finlandiya) - “Kopenhagen” (Danimarka) / TNS (Uels)
“Maribor” (Sloveniya) / AIK (İsveç) - BATE (Belarus) – “Rusenborq” (Norveç)
Liqa yolu
“Başakşehir” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) / “Viktoriya” (Çexiya)
“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya) / “Bazel” (İsveçrə) – LASK (Avstriya)
----------------------------------------------------
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında baş tutacaq püşkatmada öncə Ağdam klubunun ÇL-dəki rəqibi bəlli olacaq. “Qarabağ”ın səpələnməmişlər səbətində yer alacağı püşk Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Qarabağ” ÇL-in II raundunda “Dandolk” səddini keçəcəyi təqdirdə, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üz-üzə gələ bilər.
"Dandolk"u üstələyə bilməyəcəyi təqdirdə isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Bu halda “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq") cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür. Püşkatma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Ağdam təmsilçisi “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).
Çempionlar Liqası
III təsnifat mərhələsinin püşkatması
Səpələnmişlər
“Ayaks” (Hollandiya)
“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi
BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi
APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi
Səpələnməmişlər
PAOK (Yunanıstan)
“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi
“Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi
“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta) cütünün qalibi
Avropa Liqası
III təsnifat mərhələsinin püşkatması
Səpələnmişlər
“Seltik” (Şotlandiya") – “Nımme Kalyu” (Estoniya) cütününü məğlubu
BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün məğlubu
“Dandolk” (İrlandiya) – “Qarabağ” cütünün məğlubu
“Maribor” (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu
“Ferensvaroş” (Macarıstan) – “Valletta” (Malta) cütünün məğlubu
Səpələnməmişlər
“Sarayevo” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi
“Santo Koloma” (Andorra) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Şkendiya” (Makedoniya) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi