
Rusiyanın “Arsenal” klubu Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi İqor Çerevçenko bakılılarla oyunlarda 23 futbolçunun – 3 qapıçı, 8 müdafiəçinin, 7 yarımmüdafiəçinin və 4 hücumçunun xidmətindən yararlana biləcək. Onlardan 9-u legionerdir.
Qapıçılar: 1. Artur Niqmatullin, 36. Mixail Levaşov, 50. Yeqor Şamov;
Müdafiəçilər: 6. Maksim Belyayev, 8. Qiya Qriqalava (Gürcüstan), 9. Kirill Kombarov, 13. Maksim Volodko (Belarus), 14. Anri Xaquş, 21. Viktor Alvares (İspaniya), 26. Bakari Kone (Burkina-Faso), 71. Aleksandr Denisov;
Yarımmüdafiəçilər: 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç (Serbiya), 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 28. Vladislav Panteleyev, 29. Lamek Banda (Zambiya), 70. Georgi Kostadinov (Bolqarıstan);
Hücumçular: 10. Evans Kanqva (Zambiya), 17. Quram Acoyev, 30. Aleksandru Tudorie (Rumıniya), 48. Yevgeni Lutsenko
Qeyd edək ki, bu komandalar arasında ilk oyun Tulada keçiriləcək. İyulun 25-də "Arsenal” mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavag görüşü avqustun 1ə təyin edilib.