
2019/2020 mövsümü üçün hazırlıqlarını Türkiyənin paytaxtı Ankaradakı Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” komandası bu gün növbəti yoxlama görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Türkmənistan təmsilçisi “Ahal” olub. “Çam” Otelinin stadionunda keçirilmiş qarşılaşma "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Əmir Ağayev vurub.