"Bavariya”nın
hollandiyalı futbolçusu Aryen Roben baş məşqi Pep Qvardiola haqqında maraqlı
açıqlama verib. Sportnet.az-ın məlumatına görə, futbolçu məşqçini manyak
adlandırıb.
"Qızıl
top” mükafatı ilə bağlı açıqlamalar verən hollandiyalı bu sıralamada adının
olmasından qürur duyduğunu bildirib: "Bu siyahıda olmaq qürurvericidi. Ancaq
heç vaxt bunu vəsvəsə halına gətirməmişəm. Dünya çempionu olan Almaniya
millisinin futbolçularından birinin bu mükafatı almasını istəyərdim”.
Futbolçu
digər futbolçularla müqayisə olunmağını sevmədiyini qeyd edib: "Messi və
Ronaldo bir canavardı. Onlar futbolun ən üst səviyyəsidi. Ancaq mən digər
futbolçularla müqayisə olunmağımı sevmirəm”.
"Bavariya” klubunun baş məşqçisi Qvardiola haqqında isə maraqlı açıqlama verib: "Pep Qvardiola bir futbol manyakıdı. Çox vaxt gecə 3-də taktika məsələsini müzakirə etmək üçün zəng edib oyandırır. Hər zaman yeni sistemlər düşünür. O bizi inkişaf elətdirdi və yüksək səviyyəyə gətirdi”.