 

"Kayzerslautern”,
"Verder”, "Hoffenhaym” və Almaniya millisinin qapıçısı olmuş Tim Vize restlinq
döyüşlərinə hazırlaşır. Sportnet.az-ın məlumatına görə, keçmiş qapıçı bir
müddət öncə internetdə əzələli şəklini paylaşıb.
	
	
Hələ
yanvar ayında o "Hoffenhaym”ın müqaviləni pozmasından sonra işsiz qalmışdı. Bu
müddət ərzində futbolçu boş oturmayaraq xüsusi proqramla əzələ yığmağa
başlayıb.
	 
Bu
haqda keçmiş qapıçı belə deyib: "Mənə döyüşçü kimi çıxış etmək üçün təklif
gəlib. İndi bunu nəzərdən keçirirəm. Mənə qorxulu deyil. Niyə də imtina edim? Restlinq
çox populyardır. Xüsusən də ABŞ-da. Növbəti həftə agentimlə təklifi
dəyərləndirəcəm”.
	
Tim
Vize artıq həftə sonu restlinq üzrə professional karyerasına başlayacaq.
	
	
Qeyd
edək ki, Vize Almaniya millisinin heyətində 6 oyunda iştirak edib.
	
	
	
	
 








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































