 

Noyabrın 10-da AFFA-nın təşəbbüsü və Dövlət Pantomima Teatrının aktyorlarının iştirakı ilə şəhərin müxtəlif məkanlarında flashmob həyata keçirilib. Sportnet.az-ın məlumatına görə, flashmobu keçirməkdə məqsəd milli komanda üçün azarkeş dəstəyinin əhəmiyyətini vurğulamaq və 16 noyabr 2014-də Bakcell Arenada baş tutacaq Azərbaycan – Norveç oyunu zamanı milli komandanı stadionda dəstəkləməyə səsləməkdir.




 
 
 
 








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































