Türkiyənin "Qalatasaray” klubu Nordin Amrabatı geri qaytarmaq
istəyir. Sportnet.az-ın məlumatına görə, İstanbul klubu icarə əsasında "Malaqa”ya
verdiyi yarımmüdafiəçisinin oyunundan razı qalıb.
"Qalatasaray” rəhbərliyi 27 yaşlı futbolçunun "Malaqa”nın heyətində İspaniya çempionatındakı çıxışından razı qalıb. Lakin "Malaqa” klubunun futbolçunu mövsümün sonuna kimi 3,5 milyon avroya transfer etmək hüququ var.