İngiltərə milli komandasının sabiq müdafiəçisi Eşli Koul peşəkar futbolçu karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Koul 38 yaşında butslarını mıxdan asıb. Onun sonuncu klubu bu ildən çıxış etdiyi "Derbi Kaunti" olub. Təcrübəli oyunçu məşqçi olmaq istəyini dilə gətirib.
Qeyd edək ki, Eşli Koul karyerasının böyük hissəsini İngiltərənin "Arsenal" və "Çelsi" komandalarında keçirib. O, 16 titul, o cümlədən, 3 çempionluq, 7 ölkə kuboku, 1 Çempionlar Liqası və 1 Avropa Liqasını qazanıb.