Futbol üzrə
3 qat dünya çempionu Pele əməliyyat olunub. Sportnet.az-ın məlumatına görə, əfsanəvi
futbolçunun əməliyyatı uğurlu keçib.
Pele sidik
kisəsi və böyrəyindəki daşlardandan əziyyət çəkirdi. Ağrıların şiddətlənməsi
ilə xəstəxanaya yatırılan Pelenin, əməliyyatdan sonra vəziyyətinin stabil
olduğu bildirilir.
Qeyd edək ki, 74 yaşlı veteran futbolçu "Santos” muzeyində kitab təqdimatında öncə vəziyyətinin pisləşməsinə görə xəstaxanaya çatdırılmışdı.