"Qalatasaray”
klubunun futbolçusu Sabri Sarıoğlu İngiltərə mətbuatının gündəminə düşüb.
Sportnet.az-ın məlumatına görə, futbolçunun həyat yoldaşına bahalı qiymətə
avtomobil alması təəccüb yaradıb.
Belə ki, mövsümün əvvəlindən heyətdən kənarlaşdırılan futbolçu, illik 1 milyon avro qazanır. Super Liqanın 8-ci həftəsində komandaya geri dönən futbolçu həyat yoldaşına 890 min avroluq Lamborginhi Aventador avtomobili alıb. İngilislər "Qalatasaray”ın ən az qazanan futbolçusu olan Sabrinin həyat yoldaşına bu dəyərdə avtomobil almağını təəccüblə qarşılayıblar.