Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidi barədə danışıb.
Sportnet.az "Sport1" nəşrinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi bir kollektivə getdiyi üçün məmnun olduğunu deyib:
"Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və "Qarabağ"a keçib. Əlbəttə buna görə çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan", - deyə Prosineçki bildirib.
Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan icarəyə götürüb. Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.