
Belçika polisi çirkli pulların yuyulması və futbolda korrupsiyaya dair istintaq çərçivəsində daha bir şəxsi həbs edib.
Sportnet.az AP-yə istinadən xəbər verir ki, ölkənin "Anderlext" klubunun sabiq baş meneceri Herman van Holsbek tutulub. 64 yaşlı funksioner Monako və Londonda axtarışlar aparıldıqdan sonra nəzarətə alınıb.
Qeyd edək ki, daha öncə İspaniya "Real Madrid"ində çıxış edən Tibo Kurtuanın agenti Kristof Henrotay eyni səbəbdən saxlanılıb. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və oyunçuların keçidlərinin qeydiyyatı zamanı korrupsiya hallarını araşdırır. Bununla əlaqədar, 2019-cu ilin aprel ayında Anderlext və Belçika Futbol Assosiasiyasının ofislərində axtarışlar aparılıb.