
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi ümumi qrupda məşqləri bərpa edib.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçunun Çempionlar Liqasının I turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə görüşdə iştirakı ehtimalı azdır. Onun zədəsi sentyabrın 17-də keçiriləcək səfər görüşünədək sağalmayacaq.
Zədə üzündən Messi bu mövsüm heç bir rəsmi matça çıxmayıb. 32 yaşlı forvard uzun müddət fərdi məşq edib. Ötən mövsüm isə o, klub səviyyəsində bütün yarışlarda 50 oyunda 51 qol və 22 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sentyabrın 14-də "Baselona" "Nou Kamp"da "Valensiya"nı darmadağı edib - 5:2.