"Oyuna belə pis başlayacağımızı gözləmirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Buraxılan 2 qoldan sonra oyuna nəzarəti ələ aldıq və ikinci hissəni hücumda keçirdik, lakin şanslarımızdan istifadə edə bilmədik. Bu gün bizim günümüz deyilmiş. Rəqibi təbrik edirəm".
Əhmədov növbəti tur komandasını "Neftçi"yə qarşı çətin oyunun gözlədiyini bildirib: "Həmin matça yaxşı hazırlaşmalıyıq".