Rusiya "Krasnodar"ı həbsdən çıxan futbolçusu Pavel Mamayevlə müqaviləni pozub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar qarşılıqlı razılıq əsasında qəbul olunub. Məsələ barədə əlavə heç bir açıqlamanın verilməyəcəyi də vurğulanıb. Klub oyunçu ilə bağlı situasiyadan dərin narahatlıq keçirdiyini bəyan edib.
Qeyd edək ki, Pavel Mamayev azadlığa sentyabrın 17-də çıxıb. O, 2018-ci ilin oktyabrında Moskvanın mərkəzində iki davada iştirak etdiyi üçün saxlanılmışdı. Mamayev "Krasnodar"a 2013-cü ilin yayında MOİK-dən keçib.