UEFA Millətlər Liqasının formatını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 2020/2021 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mübarizə aparacaq.
D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək.
Hərçənd 2018/2019 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.
Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməli olan milli komanda islahatlar sayəsində C liqasına yüksəlib (APA)