Türkiyə millisinin Avro-2016-nın seçmə mərhələsində Qazaxıstanla oyunu öncəsi
xoşa gəlməz hal yaşanıb. Sportnet.az-ın məlumatına görə, isinmə hərəkəti
edənmillinin əsas qapıçısı Vokan Dəmirəl bir qrup azarkeş
tərəfindən söyüşlərlə təhqir edilib.
Təcrübəli qapıçı azarkeşləri sakitləşdirmək istəsə də, onun cəhdləri
nəticə verməyib. Əsəblərini cilovlaya bilməyən qapıçı əvvəlcə paltardəyişmə
otağına yollanıb. Daha sonra
baş məşqçi Fatih Terimdən icazə alaraq evinə yollanıb. Onu Volkan
Babacan əvəzləyib.
Qeyd edək ki, Türkiyə-Qazaxıstan matçı meydan sahiblərini qələbəsi ilə başa çatıb – 3:1.