Futzal üzrə Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.
Sportnet.az xəbər veirr ki, komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Thaqo Teles və Eduardo fərqlənib. Beləliklə, turniri qələbəsiz başa vuran Joze Alesionun yetirmələri qrupda sonuncu yeri tutublar.
Qeyd edək ki, milli ilk turda Rusiyaya 1:2 hesabı ilə uduzub, ardınca İranla heç-heçə edib – 2:2.